Sürücülərə ŞAD XƏBƏR - Bu tarixlərdə Bakıda tıxac olmayacaq

11-24 noyabr tarixlərində Bakıda beynəlxalq COP29 tədbiri keçiriləcək. Sözgügedən zaman kəsiyində tədbirlə əlaqədar, paytaxtda təxminən 90-100 min qonağın olacağı nəzərdə tutulur.
Onların arasında bir çox dünya ölkələrinin hökumət başçıları və rəhbər şəxsləri, iqlim və enerji mütəxəssisləri, jurnalistlər də var. Bu cür genişmiqyaslı tədbirin keçirilməsi üçün öncədən zəruri tədbirlər görülüb. Hər şeydən öncə, COP29-da iştirak edəcək qonaq sayı və tədbirin əhatə dairəsini nəzərə alsaq, paytaxtın nəqliyyat infrastrukturunda problemlərin olmaması olduqca vacibdir. Avtosfer.az Yenisabah.az-a istinadən xəbər verir ki, məhz bu səbəbdən, təhsil müəssisələri və bir sıra iş yerlərində onlayn rejimə keçilməsi nəzərdə tutulur. Bu isə Bakı yollarında hazırda müşahidə olunan intensiv tıxacların kəskin sürətdə azalmasına gətirib çıxaracaq. Gündəlik olaraq univeristetlərə, məktəblərə və müxtəlif iş yerlərinə üz tutan şagird, tələbə və müəllimlərin sayını nəzərə alsaq, 10 minlərlə avtomobilin yollardan müvəqqəti də olsa, yığışılacağını demək olar. Belə olan təqdirdə, təkcə paytaxtımızın qonaqları yox, yerli sürücülər də 2 həftəlik “rahat nəfəs alacaq”.
Tədbir ərzində ətraf qəsəbələrdən, o cümlədən Sumqayıt və Xirdalan kimi Bakıya yaxın şəhərlərdən gündəlik fəaliyyət göstərən marşurtların da hərəkət cədvəlində dəyişikliklərin olması nəzərdə tutulur. Gələn qonaqların 2 həftəlik tədbir müddəti ərzində paytaxtın tarixi və turistik yerlərinə mütəmadi ekskursiyalar edəcəyini nəzərə alsaq, bu kimi tədbirlərin olması təşkilatçılıq baxımından da müsbət haldır.
İlham Əliyev Donald Trampı təbrik etdi – FOTO
“İranla saziş imzalandı, hamını təbrik edirəm!” - TRAMP
Azərbaycanda Milli Qurtuluş Günüdür
Prezident İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO
Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı
Prezidentin köməkçisi Ermənistanı gəzdi - VİDEO
Hikmət Hacıyev Ermənistanda Qriqoryanla görüşdü
Sel suları 25 avtomobil yoluna ziyan vurdu - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olundu - SƏBƏB
Bakıda nəhəng hava limanı İNŞA OLUNUR: İxrac imkanları genişlənəcək - VİDEO










