Sürücülərə siqaretlə bağlı QADAĞA

Rusiyada sürücülər üçün yeni cərimələr tətbiq oluna bilər. Rusiya Nəqliyyat Nazirliyinin hazırladığı yeni qaydalara əsasən, avtomobil idarə edən şəxslər nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmayan və nəqliyyat vasitəsini idarə edərkən əllərin istifadəsini və ya diqqəti yayındırmağı tələb edən hər hansı cihazdan istifadə etməməlidir. Sənədə əsasən, qadağa xəritələr və naviqatorlara şamil olunmayacaq.
Qeyd edək ki, hazırda Rusiyada avtomobili idarə edən zaman yalnız telefondan istifadə qadağan edilir. Rusiya Nəliyyat Nazirliyi təklif edir ki, belə bir qadağa əllə istifadə edilən bütün cihazlara şamil olunsun. Konkret olaraq qadağanın elektron siqaret və vaplardan (elektron siqaretin bir növüdür – red.) istifadəyə aid olması gözlənilir.
Nazirlik bu kimi davranışlara görə, təxminən 100 manat cərimənin tətbiq edilməsini təklif edir. Layihə hazırda ictimai müzakirə mərhələsindədir, oktyabrın 10-dək yekunlaşdırılması planlaşdırılır. (nocomment.az)
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












