Sürücülərə xəbərdarlıq – COP29 zolağını qarışdırmayın, yoxsa…

COP29 Azərbaycan Əməliyyat Şirkəti, AYNA və Bakı şəhər DYP idarəsi sürücülər üçün maraqlı bir məlumat yayıb. Deyilir ki, Bakının bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqlarının salınmasına başlanılıb. COP29 loqosunu əks etdirməklə işarələnən bu zolaqlar yalnız konfrans zamanı (yəni 11-22 noyabr tarixlərində) ictimai nəqliyyat vasitələri və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulub. Həmin günlərdə bu zolaqlarda başqa nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməyəcək. Ancaq yaxşı olardı ki, COP29 zolaqlarının olduğu konkret küçələrin adlarını da yayımlasınlar, ictimailəşdirsinlər.
Avtosfer.az xəbər verir ki, bu barədə yol-nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov bildirib. O qeyd edib ki, ayrılmış bu zolaqlarla bağlı verilən məlumatlar yetərli deyil:
“Konfransa qədər müvafiq yol nişanları quraşdırılmayan COP29 zolaqlarından bütün nəqliyyat vasitələri istifadə edə bilər. Bu o deməkdir ki, COP29 loqosu olan zolaqda 5.9 avtobus zolağı nişanı yoxdursa, həmin zolaqda konfransa qədər hərəkət sərbəsdir və orada hərəkətə görə hər hansı cərimə yazıla bilməz. Özü də qeyd edilir ki, məhz nişan olmaması əsasdır…
Şəhərdə belə zolaqlar artıq var. Məsələn, onlardan biri A.Şaiq küçəsinə, N. Nərimanovun heykəlinin yaxınlığına çəkilib. Ancaq son günlər sürücülər həmin yerdə bu zolaqla bağlı yaranan tıxacdan çox şikayətlənirlər. Əgər orada 5.9 nişanı yoxdusa, hələlik hər kəs o zolaqla da hərəkət edə bilər.
Amma bu məlumat yetərli deyil, çünki sürücülər arasında qeyri-müəyyənlik yaranacaq ki, bu zolaqlardan hansı COP29, hansı avtobus zolağıdır?
Hər şeyin tam aydın olması üçün AYNA və DYP-nin COP29 zolaqları olan küçələrin siyahısını ictimailəşdirməsi zəruridir. Ona görə də bu qurumlardan xahiş edirəm ki, COP29 zolaqlarının olduğu konkret küçələrin adlarını da yayımlasınlar”.

Mənbə: Tribunainfo
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










