"Sürücülərin dediyi problemlər cəmi 10 dəqiqə çəkə bilər"

Son zamanlar sürücülər Bakının bəzi yollarında işıqforların düzgün işləməməsindən narazılıq edirlər. Onlar iddia edirlər ki, bəzi yollarda, əsasən, gecə vaxtı və bazar günləri işıqforlar ümumiyyətlə işləmir.
Bəs bunun səbəbi nədir?
Avtosfer.az xəbər verir ki, məsələyə münasibət bildirən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib ki, Bakı yollarında işıqforlar yalnız elektrik enerjisi kəsilən zaman işləməyə bilər.
Onun sözlərinə görə, bu cür məqamlar NİİM-də dərhal araşdırıldıqdan sonra problemin aradan qaldırılması istiqamətində işlər aparılır: "Bakıdakı hər hansı bir yolda işıqfor işləməyən zaman bu barədə məlumatımız olur və dərhal tədbir görülür. Həmin dəqiqə işıqfora müdaxilə olunur, problem aradan qaldırılır. Amma çox vaxt işıqforların işləməməsi həmin ərazidə elektrik enerjisinin kəsilməsi ilə bağlı olur. Belə problem olanda bu halları dərhal araşdırırıq. Elektrik xəttində nəsə problem olub, elektrik enerjisi kəsilibsə, dərhal mərkəzimiz bununla bağlı müvafiq qurumlara zəng edib xəbərdarlıq edir".
Bakıda bütün işıqforlara NİİM-in nəzarət etmədiyini deyən qurum rəsmisi qeyd edib ki, Mərkəz onlayn rejimdə işlədiyindən problemləri dərhal görə bilir: "Bakıda 288 işıqfor var və biz onun cəmi 150-nə nəzarət edirik. Digərləri Daxili İşlər Nazirliyinin "Siqnal" İstehsal Layihə İdarəsi tərəfindən idarə olunur. Buna baxmayaraq, bizim tabeliyimizdə olan işıqforlarda yaranmış problemləri dərhal aradan qaldırmaq üçün mərkəzimiz 24 saat işləyir. Hesab edirəm ki, sürücülərin dediyi problemlər cəmi 10 dəqiqə çəkə bilər. Ümid edirəm ki, yaxın vaxtlarda ümumiyyətlə belə problemlər olmayacaq".
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR










