Sürücülərin nəzərinə: Bu yollarda təmir işləri aparılır - FOTOLAR

Bakıda hazırda hansı yollarda məhdudiyyət olduğu və təmir işləri aparıldığı açıqlanıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, hazırda aidiyyəti dövlət qurumu tərəfindən paytaxtın bir neçə küçə və prospektində yolda təmir işləri aparılır və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Təmir səbəbindən avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan yollar:
1. Alexsandr Puşkin küçəsi Dəmir yol vağzalının qarşısı, Dilarə Əliyeva küçəsi ilə kəsişmədən Azadlıq prospekti ilə kəsişməyə qədər;
2. Həsən bəy Zərdabi prospekti, Musabəyov parkı istiqamətində, Akim Abbasov küçəsi ilə kəsişmədən Həsən Məcidov küçəsi ilə kəsişməyə qədər;
3. Nəsimi rayonu, 28 May küçəsində, (K.Səfərəliyeva küçəsindən Puşkin küçəsinədək);
4. Xətai rayonu, Yusif Səfərov küçəsi ilə kəsişmədən A.Puşkin küçəsi ilə kəsişməyə qədər;
5. Dilarə Əliyeva küçəsi, A.Puşkin küçəsi ilə kəsişmədən Səməd Vurğun bağınının yaxınlığı, Rixard Zorge küçəsi ilə kəsişmə istiqamətində;
6. 8 Noyabr prospektində (Zığ şosesi istiqamətində) Xaqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinədək olan hissədə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Təmir işləri aparılan küçə və prospektlər:
1. Nərimanov rayonu, Molla Pənah Vaqif prospekti ilə Hənifə Ələsgərov küçəsinin kəsişməsi, Ceyhun Hacıbəyli küçəsi istiqamətində;
2. Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, Azərbaycan Dövlət Neft Akademiyasının qarşısında;
3. Xətai rayonu, 8 Noyabr prospekti, Heydər Əliyev adına Neft Emalı Zavodunun qarşısı, hər iki istiqamətdə;
4. Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, "Badamdar Hotel”in qarşısı, hər iki istiqamətdə;
5. Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi ilə Azərbaycan prospektinin kəsişməsi, Rəşid Behbudov küçəsi istiqamətində;
6. Səbail rayonu, Bülbül və Neftçilər prospektlərinin kəsişməsində;
7. Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi ilə Bülbül prospektinin kəsişməsindən Azadlıq prospekti ilə kəsişməyədək yolda təmir işləri aparılır.






Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












