Sürücünün ani bir səhvini bağışlamayan "ÖLÜM KÖRPÜSÜ"

Avtosfer.az ttv-yə istinadən xəbər verir ki, indi sizə təhlükəli yol ötürücüsündən danışacağıq. Ağstafada yerləşən körpü sürücünün ani bir səhvini belə bağışlamır. Yəni sürətlə gələn maşın idarəetməni itirsə təxminən 30 metr aşağı, dəmiryolu xəttinə düşəcək. Vəziyyət o yerə çatıb ki, bu yoldan gündəlik istifadə edən sürücülər ötürücüyə "ölüm körpüsü" adı veriblər. Ətraflı Cümşüd Bayramlının reportajında.
Sürücülərlə söhbət zamanı məlum oldu ki, körpü bir neçə il əvvəl təmir edilib. Ətrafına kiçik həcmli dəmir borularla maneələr quraşdırılsa da sonradan yolun əsaslı təmiri zamanı götürülüb. Elə həmin vatxdan da bu yol ötürücüsünün üzərində vaxtaşırı qəzalar baş verir. Yol ötürücüsünün altından dəmiryolu xəttinin keçməsi, yüksək gərginlikli elektrik xətlərinin olması qəza zamanı sağqalma ehtimalını sıfıra endirir. Sakinlər isə deyir ki, günahın bir qismi sürət həddini aşan sürüclərin özündədir. Digərləri isə qəzaların sayının çoxluğunu maneələrin olmaması ilə əlaqələndirir. Məsələ ilə bağlı 26 saylı Ağstafa Yol İstismar İdarəsində də olduq. Ancaq təəssüf ki, iş vaxtı olmasına baxmayaraq bütün qapıları bağlı gördük.
Nərəzə alsaq ki, qarşıdan qarlı, şaxtalı qış günləri gəlir, burada yol nəqliyyat hadisələrinin artacağı şübhə doğurmur. Ümid edirik ki, aidiyyatı qurumlar süjetimizdən sonra problemin həlli istiqamətində lazımı addımı atacaqlar.
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır
Regional Bağlantı İnvestisiya Konfransı Bakıya nə qazandıracaq? – EKSPERT
Arzum məhkəmə zalında HƏBS EDİLDİ - FOTO
Azərbaycanın 108 il keşiyində xidmət - 2 İyul “Polis günü”
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO










