Sürücünün sükan arxasında hoqqabazlığı - VİDEO

Özünü sükan arxasında yox, evində hiss edir. Türkiyənin Sivas şəhərində yük maşını sürücülərindən biri məsuliyyətsizliyi ilə görənləri heyrətləndirib. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, yayılan görüntülərdə sürücünün sükanı əlləri ilə deyil ayaqları ilə idarə etməsi əks olunub. Həm də uzanaraq. Avtomobillə dolu olan yolda yük maşınını bu cür idarə edən şəxs sadəcə özünün yox, qəza şəraiti yaratmaqla ətrafdakıların da həyatını təhlükəyə atıb. Yük maşını sürücüsünün rahat davranışları yolda olan digər sürücü tərəfindən anbaan lentə alınıb. Lentə alındığının fərqinə varan sürücü bir anda özünə gələrək yenidən sükanı əlləri ilə tutub və sadəcə gülməklə kifayətlənib.
Qeyd edək ki, izləyicilərin böyük təəccübünə səbəb olan görüntülər mediada da müzakirə mövzusuna çevrilib. Səs-küyə səbəb olan hadisə qəza ilə nəticələnməsə də sürücüyə qarşı müvafiq qurumların tədbir görüləcəyi istisna edilmir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












