Taksi parkı ilə avtoservis əməkdaşları arasında ərazi mübahisəsi - "Onlara görə maşın saxlaya bilmirik" - VİDEO

Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində fəaliyyət göstərən "Bolt Avtopark 116" şirkəti ilə həmin ərazidə yerləşən avtoservis arasında anlaşılmazlıq yaranıb. Belə ki, avtoservisin əməkdaşları iddia edirlər ki, sözügedən şirkət iş yerlərinin qarşısını zəbt edib.
Bu səbəbdən servis əməkdaşları avtomobillərini ödənişsiz parklama ərazisində saxlaya bilmirlər.
"Onlara görə burada avtomobil saxlaya bilmirik. Maşını parklama ərazisindən kənarda saxlayanda isə cərimə olunuruq", - deyə vətəndaşlardan biri narazılığını dilə gətirib.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı "Bolt Avtopark 116"dan Baku TV-yə bildirilib ki, avtomobillərin çoxluğu hər gün müşahidə olunmur:
"Bu hallar baş verdikdə maşınlar texniki yoxlanışdan keçirilir".
Nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, həm avtoservis, həm də taksi parkı fəaliyyətə başlamazdan əvvəl ərazini düzgün təhlil etməli idi:
"Bu məsələlər əvvəlcədən düşünülməlidir. İş görən şəxs bütün incəlikləri öncədən nəzərə almalıdır. Belə olmaz. Orada ərazi zəbt olunub".
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












