Taksi qiymətləri 2 dəfə bahalaşdı: Sentyabrdan isə...

Azərbaycanda bir aydan çoxdur taksilər yeni qaydalarla fəaliyyət göstərir. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mətbuata açıqlamasında taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra xidmət keyfiyyətinin yüksəlməsinin müşahidə edildiyini deyib. O, paytaxtda taksi sayının 2 dəfə azaldığını, 67-70 mindən 35 minə endiyini qeyd edib.
Məlumdur ki, yay mövsümüdür. Bakıda təhsil alan minlərlə tələbə tətildədir, həmçinin, yay ayları olduğu üçün məzuniyyətdə olan işçilərin də sayı çoxdur. Yəni taksilərin sayının 2 dəfə azalması hazırda qıtlıq yaratmasa da yeni mövsümdə bunu demək çətin olacaq. Bununla belə, əvvəllər sifariş verdikdə ünvana 3-5 dəqiqə ərzində gələn taksilər indi sifarişi daha gec yerinə yetirirlər.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, hazırda taksilərin sayı 2 dəfə azaldığı kimi, qiymətlər də 2 dəfə artıb:
“Nazirlik əməkdaşı, nazir müavini özünə uyğun verdiyi qərarların nəticəsi ilə yaxşı fikir səsləndirir, reallıqları nəzərə almır. Amma başa düşmək lazımdır ki, paytaxtda taksilərin sayının azalmasına baxmayaraq, xidmətdə elə də ciddi keyfiyyətə nail olunmayıb. Çünki elə həmin köhnə nəqliyyat vasitələri xidmətdədir və avtomobil parklarında heç bir yenilənmə müşahidə olunmur. Əksinə, az qala qiymətlər 2 dəfə bahalaşıb. Bu isə birbaşa taksi xidmətinin çatışmamazlığı ilə bağlıdır”.
Ekspertin fikrincə, müştərilərə təklif olunan xidmətdə isə heç müsbət dəyişiklik yoxdur:
“Eyni zamanda taksi fəaliyyəti ilə məşğul olan xeyli insan iş yerini itirib. Bəzi hallarda insanlar taksi şirkətlərinə sifariş verir, lakin uzun müddət gözləsələr də, nəqliyyat vasitəsi olmadığından sifarişdən imtina edilir. Bu cür imtinalar olduqca tez-tez təkrarlanır. Yəni bu tipli məsələlər həllini tapmayıb. O cümlədən, Bakı ətrafı kəndlərdən şəhərin mərkəzinə hərəkət edən 1 manatlıq taksilər qiymətləri 2, bəzən isə 3 manata qaldırır. Xidmətin keyfiyyəti ilə bağlı hansısa müsbət nəsə deməyə dəyməz, əksinə qiymətlərdə kifayət qədər bahalaşma yaranıb”.

Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












