Taksi şirkətləri qiymətləri artırıb? - AÇIQLAMA

Son vaxtlar pik saatlarda taksilərdə gedişhaqqının yüksək həddə çatması ilə bağlı məlumatlar yayılıb. Müşahidələrə əsasən, günün pik saatlarında taksi qiymətləri 2-3 dəfə bahalaşır. Bu da vətəndaşların müəyyən narazılığına səbəb olur. Bəs görəsən taksi qiymətlərində baş verən bu qiymət fərqinin səbəbləri nələrdir?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, dünya təcrübəsində taksi faəliyyətində qiymətlərin fərqli olması normal hal kimi qəbul olunur.
Onun sözlərinə görə, pik saatlarda, bayram günlərində, müxtəlif hava şəraitlərində qiymətlərin dəyişmə ehtimalı olduğuna görə taksinin qiyməti də baha ola bilər: “Eyni zamanda gecə, gündüz tarifləri də fərqli ola bilir. Odur ki, taksilərdə qiymətlərin bu cür tənzimlənməsi dünya təcrübəsində də mövcuddur. Lakin qiymətlərin aşağı və yuxarı həddi müəyyən edilmədiyinə görə ən çox yaşanılan problem də elə bundan qaynaqlanır. Biz səhər, günorta və axşam saatlarında tamamilə fərqli qiymətlər müşahidə edirik. Lakin bəzi taksi şirkətlərinin bunu hansı əsasla etdiyi də sual altındadır”.
Ekspert vurğulayıb ki, ona görə də qiymət dəyişimi qanuni və əsaslı şəkildə həyata keçirilməlidir: “Vətəndaş da buna uyğun davranmalıdır. Burada vətəndaşlar arasında müəyyən narazılıq da yaranır. Buna görə də qiymətlərin aşağı və yuxarı hədləri müəyyən olunmalıdır. Günün müəyyən saatlarında belə fantastik rəqəmlər ortaya çıxmamalıdır. 5-6 manata gedilən yol ikiqat - 12 manat hesablanırsa, bu, artıq düzgün yanaşma deyil”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə söyləyib ki, taksi şirkətlərinin fürsətdən istifadə edərək qiymətləri artırması istehlakçıların hüquqlarını pozması deməkdir:
“Taksi qiymətləri dəyişən tarifdir. Burada günün pik, sutkanın qaranlıq və gündüz saatlarına, hətta hava şəraitinə görə də qiymətlər dəyişə bilir. Lakin bu o demək deyil ki, bəzi taksi şirkətləri fürsətdən istifadə edərək qiymətləri dəfələrlə qaldırmalıdır. Bu, artıq sərnişinin bir istehlakçı kimi hüququnun pozulması deməkdir. Qiymət əgər dəyişirsə, taksinin tövsiyə olunmuş hər kilometrinə görə hesablanan qiymət əsasında dəyişməlidir. Yəni ümumi məsafəyə görə hesablanmış məbləğin 2-3 dəfə artırılması ilə olmamalıdır”.
(iqtisadiyyat.az)
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












