Taksi sürücüsünün avtomobilini əlindən alan şəxs tutulub

Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs tutulub. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, oktyabrın 31-də Maştağa qəsəbəsində Beylaqan rayon sakini Zahir Həsənovun taksi fəaliyyət ilə məşğul olduğu “Opel-Vektra” markalı avtomobilində, naməlum sərnişin onu yumruqla üz nahiyəsindən vurub pulunu alıb, avtomobili isə qaçırıb. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avtomobil noyabrın 1-də Nardaran qəsəbəsi Abşeron küçəsində saz vəziyyətdə tapılıb. Avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ceyhun Mütəllimzadə noyabrın 9-da tutulub.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












