Taksidən enən müştəri verdiyi pulla sürücünü şoka saldı - VİDEO

Bakıda taksi sürücüsü müştərinin verdiyi puldan şoka düşüb. Avtosfer.az bildirir ki, sifarişlə çağırılan taksinin gediş haqqı 3 manat 83 qəpik təşkil edib. Taksidən enən müştərinin verdiyi pulun 4 manat deyil, 3,85 deyil, heç 3 manat da deyil, düz 3,83 manat olduğunu görən sürücü o qədər təəccüblənib ki, bunu lentə alaraq sosial şəbəkədə paylaşıb. O, beləsinə indiyədək heç rast gəlmədiyini bildirib.
Əslində müştəri yolunun haqqını verib. 4 manat verdikdə o sürücü gözləyin qalığınızı verim deyəcəkdimi? Bu gün təəssüflər olsun ki, belə sürücülər çoxdur. Müştərinin verdiyi pulu halal çörək pulusuymuş kimi mənimsəyir və müştəri də utandığından qalığını istəmədən taksidən enməli olur. Belə sürücülər o qədər çoxdur ki, digərləri "buyurun qalığınız" deyəndə insan sevincindən istəyir cibində olan-qalanı da ona versin. Lakin bir həqiqət də var ki, ucuz taksi xidmətlərində bütün günü çörək pulu üçün sükan arxasında əyləşən taksi sürücülərinə 5 - 10 qəpik artıq verməklə müştəri kasıblamır, amma sürücü qalıqları toplayaraq gününün qazancını çıxarır.
Aysel
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












