Taksilər avtobus zolağından istifadə edə bilər? - AÇIQLAMA

Gündəm 13 Avqust 2024 07:37 Oxunub 398
Taksilər avtobus zolağından istifadə edə bilər? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cərimələlərin və tıxacların artdığı günlərdə ən böyük problemlərdən biri də məhz taksilərdir. Artan cərimələr, avtobus zolağı çəkilsə belə həmin zolaqdan istifadə etməyən avtobuslar və avtobus zolağından istiafə etmək istəyən taksilər...

Dünya təcrübəsi bunu göstərir ki, çəkilən avtobus zolağından taksilər, yanğınsöndürənlər, polis və təcili tibbi yardım maşınları istifadə edə bilər. Bəs Azərbaycanda necə? Taksilər bu zolaqdan istifadə edə bilər? Onlar üçün müəyyən şərait yaradılacaq? Taksilərin bu zolaqdan istifadəsi tıxacların qarşısını alacaq?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, avtobus zolaqlarına taksilərin girişinə icazə verilməsi məsələsi müzakirə olunur:

“Bu məsələ ilə bağlı təşəbbüs var. Hesab edirəm ki, reallaşa da bilər. Çünki bu, müxtəlif ölkələrin təcrübəsində mövcud olan bir haldır. Sadəcə bu qaydanın tətbiqi vaxt aparan məsələdir. Hazırda rəsmi olaraq 13 minə yaxın taksi sürücüsü qeydiyyatdan keçməklə bütün parametrlərə cavab verərək fəaliyyət göstərir, ancaq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı şəhərində 35 min taksi olduğunu açıqlayıb. Bunlardan 13 mini qanuni fəaliyyət göstərirsə, geridə qalan 22 mini qanunsuz fəaliyyət göstərir. Belə olduğu halda necə müəyyən etmək olar ki, həmin zolaqla hərəkət edən taksi qanuni fəaliyyət göstərəndir və ya deyil?”

Ekspert deyir ki, bu mexanizm çətindir. Ancaq problem aradan qaldırılandan sonra rəsmi qeydiyyatda olan taksilərin zolağa daxil olması mümkündür. Hətta günün müəyyən saatlarında həmin zolaqla hərəkətə də icazə verilə bilər. Bu effektiv ola bilər. Taksi sürücüləri ilə bağlı müəyyən addımlar atılmalıdır ki, onlar qanuni fəaliyyət göstərmənin rahatlığını yaşasınlar. Taksi sürücülərinin üzərinə tələblər qoyulub və nəticə etibarı ilə yaradılan şəraitdən narazıdırlar. Onlar üçün hələ də güzəşətlər və digər məsələlər öz həllini tapmayıb:

“Bu gün taksi dayanacaqlarında başqa avtomobillərin dayanması qanun ilə qadağan edilib. Amma buna tam nəzarət hələ də mümkün deyil. Şəhərin bir çox nöqtələrində taksi dayanacaqlarında başqa avtomobillər park edilir. Bununla bağlı tədbirlərin görülüb-görülməməsi isə sual altındadır. Zolaqlara girməyə görə cərimələrin ləğv olunması məsələsi isə mümkün deyil. Amma bu zolaqlardan operativ nəqliyyat vasitələri, təcili yardım, polis, yanğınsöndürənlər istifadə edə bilir. Gələcəkdə taksilərin bu zolaqlardan səmərəli istifadəsi isə mümkün ola bilər”, - deyə E.Muradlı sonda bildirdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh