Banner

Tanınmış azərbaycanlı həkim və Fuad Muradov Kölndə görüşdü - FOTO

Gündəm 30 Avqust 2021 17:32 Oxunub 1206
Tanınmış azərbaycanlı həkim və Fuad Muradov Kölndə görüşdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fuad Muradovla Kölndə 3 saatlıq görüş - Nuran Abdullayev yazır

Yenə həftəsonu Kölnün və onun ətraf bölgələrinin insult xəstələrində icra olunacaq əməliyyatlara cavabdeh idim və eyni zamanda Klinikamızda üç gün müddətində təkbaşına cavabdehlik daşıyırdım. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi heyətin Kölnə gəlməsini eşidəndə çox şad oldum. Amma səfərin məhz bu məsuliyyətli cavabdehliyimlə üst-üstə düşdüyünə görə də bir az məyus olmuşdum. Çünki Fuad müəllimlə görüşümüzü çoxdan gözləyirdim…

Fuad müəllim klinikamıza gəldi

Yorğun idim - 6 böyük əməliyyat və son 36 saat ərzində cəmi 4 saatlıq yuxu… Sonuncu iki təcili əməliyyata görə Fuad müəllimlə rəsmi tədbirdən sonrakı planlı görüşümüz baş tutmadı. İşlərim, eləcə də iş saatım bitən kimi Fuad müəllimlə əlaqə saxlayıb görüşmək imkanının olub-olmadığını soruşanda o, özünəməxsus böyüklüyünü etdi - məni 1 saat sonra klinikada ziyarət edəcəyini bildirdi və çoxdan gözlədiyim o böyük görüş baş tutdu…

Mövzular

Fuad müəllim mənim Azərbaycan barədə nələr istədiyimi və necə istədiyimi görüşün ilk dəqiqələrindən öz peşəkarlığı ilə anlamışdı. Məhz buna görə də mövzuların istiqaməti bəlli idi.
Fuad Muradov bizim komandanın bütün üzvləri ilə bir-bir çox vacib məqamlar barədə müzakirələr apardı. Xüsusi diqqətimizi çəkən bir məqam isə Komitə sədrinin bütün sahələrdə peşəkarcasına apardığı analizlər idi ki, bu da onun təcrübəsi və intellektual səviyyəsindən xəbər verirdi. 
Fuad müəllimlə söhbətdə Azərbaycana olan sevginin bütün mövzularda ana xətt olması bizi hədsiz sevindirdi. 

Mövzuların əksəriyyətini Universitetin hələ tələbə olan vaxtı kitab oxuyaraq Azərbaycanı düşündüyümüz bir köşəsində elədik, fərqli olan isə bu dəfə yanımızda Fuad Muradovun olmasıydı. Bu, qürurlandırıcı idi.

Təəsüratım

Fuad müəllim iş həyatımdakı bütün incəliklərlə yaxından tanış olmaqla və eləcə də bütün oradakı yoldaşların peşəsinə xüsusi diqqət ayırmaqla görüşdə fərqli doğmalıq yaratmışdı.
Görüş boyu Fuad müəllimin dürüstlüyü və düzgünlüyü sevməyi diqqətimi çox çəkdi, bu isə ona sadəcə və sadəcə böyüklük gətirir, Azərbaycanı sevənlər arasında böyüdürdü.

Biz masadan qalxanda saat 01:05 idi. Kölndə yağan güclü yağış kəsmişdi və Vətən qoxusu gəlirdi…

Yalnız uğurlar, Fuad müəllim - dürüst, böyük, cavan oğlan! Biz hələ çox görüşəcəyik…

 

Nuran Abdullayev,
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri,

Köln Universiteti tibb elmləri doktoru, Köln Universitet Klinikasının şöbə müdiri

ŞƏRH YAZ
Ad

E-mail

Şərh