Tarif Şurasından benzinin qiyməti ilə bağlı açıqlama

Azərbaycanda benzinin qiymətinin artacağı il bağlı müxtəlif fikirlər yayılıb. Sosial şəbəkələrdə bildirilir ki, manatın dollara nisbətdə 50 faiz ucuzlaşmasından sonra yanacaq məhsulları və benzinin qiyməti artıb. Məsələni araşdırmaq üçün Tarif Şurası ilə əlaqə saxladıq. Qurumdan baku.ws-ə bildiriblər ki, yayılan söz-söhbətlərin heç bir əsası yoxdur. "Bununla bağlı heç bir müraciət daxil olmayıb. Yaxın günlərdə də enerji daşıyıcılarının qiymətinin qaldırılması ilə bağlı məsələ gündəmdə deyil”, - derə qurumdan bildirilib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişməyib 1,5500 manat (17 dekabr - 1,0499) manat təşkil edib. Manata nəzərən avronun kursu isə 1,16850 (17 dekabr - 1,1394) manat olub.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının
5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.
İlduzə Hacıyeva niyə 5 il 2 ay həbs olunub? – Hüquqşünas İZAH ETDİ - FOTO
İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO
Bölgələrdə turizm obyektlərinin qiymətləri yenə bahalaşıb - İQTİSADÇI
Qazaxıstan Rusiyaya yanacaq satmağa hazırlaşır? – Politoloqdan səs gətirən İDDİA
Avtomobili pandusun qarşısında saxladı; əlilə mane oldu – VİDEO
"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
Nəqliyyat sahəsində azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
Final matçının fantastik bilet qiymətləri – Ən ucuzu və ən bahası
Bakıda kirayə mənzil qiymətləri niyə artıb? - EKSPERT
Avropa Komissiyasının Prezidenti Bakıya niyə gəlib? - AÇIQLAMA
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır










