Tarixi məscidin divarlarına suvaq vurdular - FOTOLAR

Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Hacı Əziz məscidində aparılan qanunsuz təmir işlərinin qarşısı alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş Hacı Əziz məscidinə (3200 inventar nömrəli) müdaxilə faktı aşkar edilib.
Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən məscidə baxış keçirilən zaman “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun tələblərinin pozularaq, layihəsi razılaşdırılmadan təmir işlərinin aparıldığı müəyyən edilib.
Qanunsuz təmir işlərini həyata keçirən podratçı şirkət - “Dostluq H-EL” MMC-nin nümayəndələrinə işlərin dərhal dayandırılması və abidənin ilkin vəziyyətinə qaytarılması barədə xəbərdarlıq edilib. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində abidənin xarici divarına vurulan suvaq qatı təmizlənərək ilkin görkəminə qaytarılıb.
İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər onların layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.




İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












