TƏBİB-dən vaksinasiya ilə bağlı VACİB AÇIQLAMA

Ölkəmizə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı müxtəlif şirkətlərə məxsus peyvəndlərin gətirilməsi vətəndaşlar üçün seçim imkanlarını artırır. TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev eyni şəxsin vaksinasiya olunaraq fərqli şirkətlərin istehsal etdiyi peyvəndlərdən istifadə edilməsinə münasibət bildirib.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Vasif Əliyevin sözlərinə görə, vaksinasiya zamanı eyni qrup peyvəndin istifadəsi daha məqsədəuyğundur.
Fərqli ölkələrin peyvəndini vurdurmaq istəyənlər isə bir sıra qaydaları nəzərə almalıdırlar: "Həmin halı şərtləndirən bəzi zəruri məqamlar ola bilər. İlk peyvənd dozası bir, ikinci doza fərqli qrupdan istifadə oluna bilər, lakin onların arasındakı məsafə azı 28 gün olmalıdır, yəni aradan minimum 28 gün keçməlidir ki, ikinci fərqli qrupdan istifadə olunsun. Bu, o zaman tətbiq edilə bilər ki, ilkin vurulan peyvənd dozasının ya vaxtı keçir və yaxud əvvəl edilən peyvənd əlçatan olmasın".
Onun dediyinə görə, fərqli qrup peyvəndlər fərqli mexanizmlərdə anticisimlər yaradır. Bu baxımdan müxtəlif qrup peyvənddən istifadə olunması tövsiyə edilmir.
Hazırda ölkəmizə gətirilən bütün peyvəndlər iki dozada vurulur. İkinci doza peyvəndin tətbiq edilməsi mütləqdir: "Qoruyuculuq yaranmasını istəyiriksə, mütləq eyni qrup peyvənd ikinci dozada da tətbiq olunmalıdır. Yalnız JohnsonJohnson peyvəndi bir dozada istifadə olunur və həmin peyvənd bizim ölkədə yoxdur. Lakin onun qoruyuculuğu digər peyvəndlərdən daha aşağıdır. Ona görə də mütləq iki dozada vurulmalıdr ki, anticisimlərin yaranmasına səbəb olsun. Buna əməl edilmədikdə qoruyuculuq aşağı olur və bu da gələcək fəsadlardan qorumur", - deyə V.Əliyev bildirib.
Həkim-infeksionist onu da əlavə edib ki, hazırda ölkəmizdə peyvəndləmə prosesi sürətlə gedir və COVID-19 pasportu alanlara imtiyazların verilməsi əhalinin vaksinasiyaya marağını daha da artırıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












