Təcili yardım əməkdaşları 17 yaşlı gənci ölümdən xilas etdi - FOTO

İyulun 20-si saat 18:30 radələrində Xəzər rayonu Mərdəkan çimərliyi ərazisində suda boğulma hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub və dərhal təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.
Hadisə yerində 17 yaşlı (kişi cinsli) pasiyent huşsuz vəziyyətdə olub, heç bir həyat göstəricisi müşahidə olunmayıb. Pasiyentə dərhal reanimasiya tədbirləri, o cümlədən ürək-ağciyər reanimasiyası (CPR) tətbiq edilib.
Reanimasiya tədbirləri nəticəsində nəbz və tənəffüs bərpa olunub, ağız boşluğu sanasiya edilib, oksigen terapiyası aparılıb.
Görülən vaxtında və peşəkar tibbi müdaxilə nəticəsində pasiyentin həyati funksiyaları bərpa edilib. Onun vəziyyəti stabil hala gətirilərək müvafiq tibb müəssisəsinə hospitalizasiya olunub.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











