Terrorçuluğun maliyyələşdirilməsi təhlükəsinə qarşı ayıq-sayıqlıq tövsiyə olunub

Din xadimlərinə terrorçuluğun maliyyələşdirilməsi təhlükəsinə qarşı ayıq-sayıqlıq, bu istiqamətdə aparılan mübarizədə fəal iştirak etmək tövsiyə olunub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə dini icmaların nümayəndələri üçün keçirilən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə dini qurumların rolu” mövzusunda təlimdə bildirilib.
Təlimdə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə “Dövlət-din münasibətlərinin inkişafı: terrorla mübarizədə əsas vasitə kimi”, şöbənin əməkdaşı Aslan Sultanov “Terrorun maliyyələşməsində din faktoru” mövzularında məruzələrlə çıxış ediblər. Dini qurumlara fəaliyyətlərini bütünlükdə qanuni çərçivədə davam etdirmələri, sui-istifadə, cinayət risklərindən qorunmaq, eləcə də maliyyə məsələlərindəki əsas öhdəliklərinin icrası zamanı qanunauyğun davranış nümayiş etdirmək yolları izah edilib.
Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı Fuad Əliyev “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə qeyri-kommersiya təşkilatlarının (dini qurumların) öhdəlikləri” adlı təqdimatla müvafiq sahədəki problemlərə və onların həll üsullarına diqqət çəkib.
70 nəfər dinləyicinin iştirak ediyi tədbirdə dini icmalar yeni hesabat nümunəsi və “Hədəfli maliyyə sanksiyalarının tətbiqinə dair Təlimat”la tanış edilib.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












