Tərtərdə narkotiklə tutulan şəxsdən silah götürülüb - FOTO
Gündəm
14 Sentyabr 2021 11:06

“Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər yetişdirən şəxsdən silah da aşkar ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Hüsənli kənd sakini Ceyhun Bağırov saxlanılıb.
C.Bağırovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çəkisi 1 kiloqram 500 qram olan 7 ədəd çətənə bitkisi və evindən 1 ədəd qoşa lüləli tüfəng aşkar edilərək götürülüb.
Tərtər RPŞ-nin keçirdiyi digər tədbirlə rayon ərazisində odlu silah aşkar edən şəxs həmin silahı polisə təhvil verib.
Belə ki, Şıxarx kənd ərazisində yerləşən su kanalından tapılan 1 ədəd “Kalaşnikov” markalı avtomat və 1000 ədəd 5.45 çaplı patronlar RPŞ-yə təqdim olunub.
Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxunub : 1072
DİGƏR XƏBƏRLƏR
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
9 Oktyabr 2026 20:17
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
9 Oktyabr 2026 17:46
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 17:35
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
9 Oktyabr 2026 16:41
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
9 Oktyabr 2026 15:48
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 13:00
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
9 Oktyabr 2026 11:00
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
9 Oktyabr 2026 10:34
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
9 Oktyabr 2026 10:00
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
9 Oktyabr 2026 08:38
Bu yollarda tıxac var - SİYAHI
ŞƏRH YAZ












