“Tesla”nın elektrikli avtomobili bir milyon dollarlıq yanğına səbəb oldu - FOTO

Evli cütlüyün qarajında çıxan yanğın nəticəsində iki “Tesla” avtomobili və evləri yanaraq külə dönüb. Avtosfer.az bildirir ki, Kaliforniya ştatının San Ramon şəhərində gecə şarja qoyulan “Tesla Model S” elektrikli avtomobili qarajda yanmağa başlayıb. Yanğına səbəb avtomobilin elektrik naqillərindəki problem olub. Evli cütlük yanğın siqnalının gurultusuna yuxudan oyansa da heç bir şey edə bilməyib. Yananmağa başlayan 2013 “Tesla Model S” avtomobilinin alovları ikinci elektrikli avtomobilə də sıçrayıb. Tez bir zamanda alov bütün evi bürüyüb. Yanğınsöndürənlər gəlsə də qarajda olan partlayış səbəbindən yanğına yaxınlaşa bilməyib. Yanan ev və avtomobillərlə birlikdə dəymiş zərərin 1 milyon dollar olduğu təxmin edilib.
“Tesla” həvəskarı olan ev sahibi sığorta ödənişindən benzin mühərriki olan “Audi” markalı avtomobil alıb. “Tesla” şirkəti baş verənlərlə maraqlanmayıb, yanmış avtomobillər həftələrcə həyətdə qalaraq problemin aşkar edilməsini gözləyib. Ev sahibi bildirib ki, fəaliyyətdə olmayan heç bir yanacaqla çalışan avtomobil alışıb yanmır, elektrikli avtomobil isə nəinki özü yandı, bütün evi də külə döndərdi.
Aysel
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO


















