Təyyarə qəzasında öldüyünü düşünən kişi ONUNLA XƏSTƏXANADA GÖRÜŞDÜ – TƏSİRLİ VİDEO

Dekabrın 25-də Aktau yaxınlığında təyyarə qəzasında yaralanan Nurulla Siracov və həyat yoldaşı Müslümət Siracova xəstəxanada görüşüblər.
Avtosfer.az “Bizim.Media”ya istinadən xəbər verir ki, bu barədə Yeni Klinikanın mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Zaqatala rayon sakinləri Nurulla Siracov və həyat yoldaşı Müslümət Siracova təyyarə qəzasından sonra bir-birlərindən xəbər ala bilməyiblər. Yalnız qəzadan 3 gün sonra Müslümət Siracovanın sağ olduğu ortaya çıxıb.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.
İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












