"TIR-ları biz vurmamışıq" - FOTO+VİDEO

"Türkiyədən Suriyaya humanitar yardım daşıyan TIR-ları biz vurmamışıq". Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlayıb.
Rusiya Suriya ilə sərhəddə vurduğu hərbi təyyarə ilə bağlı Türkiyədə gərginlik səngimək bilmir.
Nazirlik Kilisdən Suriyaya keçid etdikdən sonra yandırılan maşınlarla heç bir əlaqələri olmadığını açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin generalı
Nazirliyin sözcüsü general İqor Konaşenkov türk yük maşınlarının rus təyyarələri tərəfindən vurulması barədə yayılan xəbərlərin təxribat xarakterli olduğunu deyib. “Yayılan görüntülərdə hər hansı krater görünümür. Əgər hərbi təyyarələr zərbələr endirsəydi orda krater izləri olmalı idi. Bundan başqa zərbənin təsirindən parçaların ətrafa dağılması da lazım idi. Amma ətrafda belə vəziyyət yoxdur".
Suriya ilə sərhəddə vurulan TIR
Bu hadisə ötən gecə baş verib. Humanitar yardım aparan TIR-lar Kilis şəhərindən Suriyayakeçid edəndə vurulub.
Maşınlar hava hücumunun hədəfi olublar. Anadolu agentliyinin məlumatına görə, hava hücumu nəticəsində 7 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Hadisə nəticəsində 20 TIR yanıb. Çox sayda maşına ziyan dəyib.
İddiaya görə, maşınları rus təyyarələri vurublar. 
Türkiyə-Suriya sərhəddində yanan maşınlar
Bir neçə gün öncə Türkiyə qırıcıları Suriya ilə sərhəddə Rusiyaya məxsus həbi təyyarəni vurublar. Məlumata görə, Su-24 təyyarəsi Türkiyə ilə sərhəddi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir.
Vurulan "Su-24" də iki pilot olub. Onlar yanan təyyarədən çıxa bilsələr də, biri türkmənlər tərəfindən vurularaq havada öldürülüb. İkinci pilot isə Suriyadakı rus hərbi bazasına təhvil verilib.
Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatalar səsləndiriblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya vurulan arxdan zərbə adlandırıb. O, bu hadisənin Türkiyəyə ilə əlaqələrə təsir edəcəyini deyib.
Təyyarənin vurulmasından sonra Rusiya XİN rəhbərinin Türkiyəyə bu günə planlaşdırılan səfəri təxirə salınıb. Ruslara Türkiyəyə turist səfərlərindən qaçmaq tövsiyyə edilib.
ABŞ və NATO Türkiyənin öz suverenliyini müdafiə hüququnu dəstəkləyib. 

Vurulan maşınlardan 20-i yanıb.
Türkmənlər pilotun olduğu iddia edilən meyitinin görüntülərini yayıblar. Lakin hər iki tərəf bu barədə məlumatı təsdiq və ya təkzib etməyib.
Azərbaycanın 108 il keşiyində xidmət - 2 İyul “Polis günü”
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı










