Tovuzda kirayə qaldığı evdən oğurluq edən şəxs saxlanılıb - FOTO
Gündəm
5 Avqust 2021 13:22

Tovuz rayon Polis Şöbəsinə müraciət edən rayon sakini olan bir qadın ona məxsus evdən nağd pulun oğurlandığını bildirib.
Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, dərhal Tovuz RPŞ-in əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər.
Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 2 550 manat pul oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, həmin evdə kirayənişin qalan Fariz İsgəndərov saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxs ev sahibinin toy mərasiminə getdiyini, əvvəlcədən evdə pul olduğunu bildiyini və pəncərədən daxil olaraq pulu oğurladığını etiraf edib.
F.İsgəndərov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Oxunub : 810
DİGƏR XƏBƏRLƏR
11 Oktyabr 2026 18:41
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
11 Oktyabr 2026 10:32
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
10 Oktyabr 2026 09:45
Yollarda duman var - Sürücülərin nəzərinə!
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
9 Oktyabr 2026 20:17
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
9 Oktyabr 2026 17:46
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
9 Oktyabr 2026 17:35
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
9 Oktyabr 2026 16:41
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
9 Oktyabr 2026 15:48
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 13:00
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
9 Oktyabr 2026 11:00
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
ŞƏRH YAZ












