Toydan gələnlər ağır qəzaya düşdü: 2 ölü, 3 yaralı

İmişlidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə İmişli rayonu Qaradonlu kəndi ərazisində qeydə alınıb. İmişli sakini, 1982-ci il təvəllüdlü Muradov Qeyrət İxtiyar oğlunun idarə etdiyi “Mercedes” markalı 10 NR 826 dövlət nömrə nişanlı avtomobillə İmişli sakini, Aranlı kənd sakini 1997-ci il təvəllüdlü Hüseynov Həsən Rasim oğlunun idarə etdiyi “VAZ-21011” markalı 10 ES 442 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində sərnişinlərdən Çaxırlı kənd sakini, 1983-cü il təvəllüdlü Abayev Əlizamin Təbiət oğlu hadisə yerində, digər yaralı «VAZ» markalı avtomobilin sürücüsü Hüseynov Həsən Rasim oğlu cərrahiyə əməliyyatı zamanı dünyasını dəyişib. Avtoqəzada yaralanan Qızılkənd sakini, 1956-cı il təvəllüdlü Cabbarova Göyçək Bayram qızı, Aranlı kənd sakini 1992-ci il təvəllüdlü Babaşov Elnur Mərdan oğlu və 1990-cı il təvəllüdlü İbayev Sahib Vəlixan oğlu travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.
***
"Report" xəbər verir ki, İmişli rayonunun Aranlı kənd sakini Həsən Rasim oğlu Hüseynov "Jiquli" markalı avtomobil ilə toydan evə qayıdarkən İmişli şəhər sakini Qeyrət İxtiyar oğlu Muradovun idarə etdiyi "Mercedes" markalı minik maşını ilə toqquşub.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












