Toyu yasa döndərən hoqqabazlar... - Hansı tədbirlər görülməlidir?

Toy şadlıqdır və hər bir ailə istəyər ki, onun toyu xoş xatirələrlə yadda qalsın. Lakin bəzən ehtiyatsızlıq, laqeydlik, ifrat dərəcədə əyləncə həvəsi toyun yasa çevrilməsi ilə nəticələnir.
Belə ki, son bir ayda toy karvanlarının iştirakı ilə bağlı qəza xəbərləri bir-birini əvəzləyir.
Bəs toy karvanlarına qarşı hansı nəzarət tədbirləri həyata keçirilir?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, son 1 ayda toy karvanı ilə bağlı üçüncü hadisə baş verir və ümumilikdə 8 nəfərdən çox insan həyatını itirib:

"Toy karvanları ilə bağlı çox təəssüf ki, üzücü xəbərlər alırıq. Bunun mənəvi tərəfləri də var - toy yasa dönür. Sürücülərə yol polisi tərəfindən də dəfələrlə xəbərdarlıqlar edilib. Hətta yol polisi toy karvanları ilə bağlı animasiya hazırlamışdı ki, toy karvanlarında 6-dan çox maşın olmasın və bır sıra üzrə hərəkət edilsin. Amma biz təcrübədə görürük ki, toy karvanları yola çıxır, əgər 5 zolaq varsa, 5-i ilə də hərəkət edirlər, bir-birilərini ötürlər, yarışırlar, iki təkər gedirlər, bir növ hoqqabazlıq edirlər".
Ekspert qeyd etdi ki, toy sahibləri bu məsələləri nəzər almalıdır və əvvəlcədən toy karvanında hərəkət edəcək sürücülərə xəbərdarlıq olunmalıdır:
"Təəssüf ki, gənc nəslin nümayəndələri bu cür hərəkətlərə daha çox yol verirlər və ağır nətiicələri olur. Toy karvanlarında hansısa qayda pozulursa, buna uyğun tədbirlər görülür. Əgər sürücü avtoxuliqanlıq edirsə, əks istiqamətdə yola çıxır, işıqforun qırmızı işığında keçirsə, digər xətalara yol verirsə, buna uyğun cəza mexanizmi tətbiq olunur".
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












