“TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri davam edir - VİDEO - FOTO
Gündəm
7 Sentyabr 2021 10:55

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri davam edir.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, təlimin planına uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri gündüz döyüş uçuşları həyata keçiriblər.
Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib.
Plana uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri birgə əməliyyat çərçivəsində havadan hücumla şərti düşmənin hava hücumundan müdafiə vasitələrini, strateji obyektlərini və bu obyektləri müdafiə edən təyyarələrini məhv etmək tapşırığını uğurla icra ediblər.
Qeyd edək ki, Azərbaycan hərbi təyyarəçiləri təlimə Su-25 hücum və MİQ-29 qırıcı təyyarələri ilə qatılıblar.
Təlimlər sentyabrın 17-dək davam edəcək.
Oxunub : 1194
DİGƏR XƏBƏRLƏR
10 Oktyabr 2026 09:45
Yollarda duman var - Sürücülərin nəzərinə!
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
9 Oktyabr 2026 20:17
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
9 Oktyabr 2026 17:46
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 17:35
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
9 Oktyabr 2026 16:41
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
9 Oktyabr 2026 15:48
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 13:00
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
9 Oktyabr 2026 11:00
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
9 Oktyabr 2026 10:34
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
9 Oktyabr 2026 10:00
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
ŞƏRH YAZ
















