Türk vətəndaşı Azərbaycan yanğınsöndürənlərinə sovqat vermək üçün yola çıxdı - VİDEO

Türkiyəni ağuşuna alan yanğınları söndürmək üçün Azərbaycandan göndərilən yanğınsöndürən maşınları və canlı qüvvə Türkiyədə böyük sevinclə qarşılanmağa davam edir. Türk qardaşlarımız sosial mediada hər gün minnətdarlıqlarını bildirən videolar paylaşır.
Avtosfer.az bildirir ki, komvoy şəklində yolda hərəkətdə olan yanğınsödürən maşınlarımızı izləyən türk vətəndaşlarından biri özü hazırladığı ayranı onlara vermək üçün yolun kənarına çıxıb. Yanğınsöndürənlərdən birinin maşını saxlayıb onun ayranını alması izləyənləri sevindirib. Türk vətəndaşı bu hərəkətilə köməyə gələrək onların ürəyini sakitləşdirən Azərbaycan yanğınsöndürənlərinin içini də öz ayranı ilə sərinləşdirməyə çalışıb. Əslində bu cür görüntülər bizlərə yad deyil. 44 günlük müharibə dövründə insanlarımız əsgərlərə yardım göndərmək üçün də eynilə bu cür yollara çıxırdı.
Dünyanın belə çətin zamanında insanoğlu varoluşunu yalnız bu cür əl-ələ verərək davam etdirə bilər.
Aysel
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY












