Türkiyə- Azərbaycan arasında yeganə gömrük qapısı açıldı

Türkiyənin Azərbaycanla yeganə gömrük qapısı olan Dilucu sərhəd keçid məntəqəsinin əsaslı yenidənqurma işlərindən sonra açılış mərasimi olub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, oktyabrın 19-da keçirilən mərasimdə Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçı, eləcə də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov, Türkiyənin Borsalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu, İğdır valisi Davud Hanel və digər rəsmi şəxslər iştirak ediblər.
Bildirilib ki, gömrük orqanları 24 saat fəaliyyət göstərir. Sədərək - Dilucu sərhəd keçid məntəqəsi vasitəsilə dünyanın 30-dan çox ölkəsi ilə ticarət əlaqəsi yaradılır. Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsində əsas yeri Türkiyə tutur.
Çıxış edənlər Dilucu sərhəd keçid qapısının yenidən qurulmasının ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacağını, malların və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsinə əlavə stimul verəcəyini xüsusilə vurğulayıblar.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












