Türkiyə ilə sərhəddə nəqliyyat vasitələrinin buraxılış qabiliyyətinin artırılması təklif edilir

Azərbaycanın Türkiyə ilə sərhədində nəqliyyat vasitələrinin gündəlik buraxılış qabiliyyətinin artırılması müzakirə olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-a verilən məlumata görə, agentliyin nümayəndələri Dövlət Gömrük Komitəsinin təmsilçiləri ilə Sədərək və Türkiyənin Dilucu sərhəd buraxılış məntəqələrinə səfər ediblər.
Görüşlər zamanı buraxılış məntəqələrində yük nəqliyyat vasitələrinin qəbulu, növbələrin təşkili, yük avtomobillərinin yoxlanılması və sənədlərin rəsmiləşdirilməsi qaydaları ilə yerində tanışlıq olub.
Bildirilib ki, milli daşıyıcılar daxil, bütün ölkələrin daşıyıcılarına bərabərhüquqlu xidmət göstərilir. Növbələr elektron qaydada təşkil edilir. Nəqliyyat vasitələrinin yoxlamaya cəlb olunması məlumatların əvvəlcədən emalı hesabına yük nəqliyyat vasitələrinin sürətli sərhəd keçidinə, çevik gömrük rəsmiləşdirilməsinə şərait yaradan, süni intellekt əsaslı maşın öyrənmə alqoritmləri ilə işləyən Avtomatlaşdırılmış Risk Analizi Sistemi vasitəsilə həyata keçirilir.
Qeyd edilib ki, Sədərək buraxılış məntəqəsinin infrastrukuturu ən yüksək tələblərə cavab verir və 6 giriş, 6 çıxış yolu ilə 24 saat fasiləsiz xidmət göstərilir.
Türkiyə tərəfi ilə görüş zamanı buraxılış qabiliyyətinin artırılması üçün hazırda 3 giriş və 3 çıxış yolu olan Dilucu buraxılış məntəqəsinin infrastrukturunun təkmilləşdirilərək Sədərək keçid məntəqəsi ilə eyniləşdirilməsi zərurəti qeyd edilib. Qarşı tərəf bu istiqamətdə işlərə yaxın zamanda başlanılacağını bildirib.
Hər iki məntəqənin buraxılış imkanı eyniləşdirildiyi halda, günlük bir istiqamətdə 400-450 yük nəqliyyat vasitəsinin buraxıla biləcəyi vurğulanıb.
Görüşlər zamanı Sədərək və Dilucu sərhəd buraxılış məntəqələrinin Cənub-Qərb marşrutu üzrə beynəlxalq daşımalarda mühüm rol oynadığı qeyd edilərək, buraxılış qabiliyyətinin artırılması istiqamətində birgə səylərin davam etdirilməsi haqqında razılığa gəlinib.
Banklar kredit faizlərini niyə aşağı salmır? - İQTİSADÇI
Həyat üçün təhlükəli yol niyə təmir edilmir? - VİDEO
Aleksandr Tolmaçevə niyə Rusiya hökuməti irad tutmur? - POLİTOLOQ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Bu il çimərlik mövsümü ərzində neçə nəfər boğulub? - RƏSMİ AÇIQLAMA
Təcili yardıma həkim yox, "motosikletçi" gəlir: Bakı bu sistemə hazırdır?
Arzum ev dustaqlığına BURAXILDI - VİDEO - YENİLƏNİB
Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
Bu ölkədə 18 yaşdan kiçiklərə elektrikli skuter qadağan EDİLDİ
Azərbaycanda müraciət sistemi daha da təkmilləşdirilə bilər – TƏKLİF
Bu prospektdə tıxac var - SİYAHI










