Türkiyə Qars-Dilucu dəmir yolu layihəsi üçün 2,4 milyard avro "yaşıl maliyyə" cəlb edib

Türkiyə Qars-Iğdır-Aralık-Dilucu dəmir yolu layihəsi üçün təxminən 2,4 milyard avro məbləğində "yaşıl maliyyə" cəlb edib.
Avtosfer.az bu barədə “Report”a istinadən xəbər verir.
Məlumata görə, Türkiyənin Maliyyə və Xəzinədarlıq Nazirliyi “MUFG Bank”ın rəhbərlik etdiyi beynəlxalq kreditorlar konsorsiumu ilə Qars-Iğdır-Aralık-Dilucu dəmir yolu layihəsinin maliyyələşdirilməsi haqqında sazişlər imzalayıb.
Saziş çərçivəsində təxminən 2,4 milyard avro məbləğində "yaşıl maliyyələşdirmə" təmin edilib. Layihədə İsveçin (EKN) və Avstriyanın (OeKB) ixrac kredit agentlikləri, həmçinin bir sıra beynəlxalq banklar və institusional investorlar iştirak edir. Maliyyələşdirmə İslam İnkişaf Bankının strukturuna daxil olan İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması Korporasiyasının (ICIEC) zəmanəti altında təqdim edilib.
Layihə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin İnfrastruktur İnvestisiyaları üzrə Baş Direktorluğu tərəfindən həyata keçirilir. Layihə regional nəqliyyat və ticarət əlaqələrinin inkişafına yönəlib və Türkiyə ilə Naxçıvan (Azərbaycan) arasında dayanıqlı dəmir yolu əlaqəsinin yaradılmasını nəzərdə tutur.
Yeni dəmir yolu xəttinin regionun istehsal mərkəzlərinin beynəlxalq bazarlara çıxışını gücləndirəcəyi və kompleks iqtisadi inkişafa töhfə verəcəyi gözlənilir.
Yeni saziş nəzərə alınmaqla, Türkiyənin bu il infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün cəlb etdiyi xarici resursların ümumi məbləği təxminən 6 milyard ABŞ dollarına çatıb.
Daha əvvəl bildirilmişdi ki, Qars-Iğdır-Aralık-Dilucu dəmir yolunun tikintisi layihəsi 2028-ci ilə qədər həyata keçiriləcək. Türkiyənin Qars şəhərindən Azərbaycan sərhədinə qədər dəmir yolu xəttinin uzunluğu 224 km təşkil edəcək.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












