Türkiyə universitetlərindən alınan diplomlar hansı halda tanınmır?

Hazırda Türkiyədə 45 000 nəfərə yaxın azərbaycanlı tələbə təhsil alır. Avtosfer.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyətin Təminatı Agentliyi məlumat yayıb.
Məlumata görə, 2019-2024-cü illər üzrə xaricdə əldə olunan kvalifikasiyaların tanınması üzrə agentliyə 22 578 müraciət daxil olub ki, bu müraciətlərin 5 327-si (19%) Türkiyədən əldə olunan kvalifikasiyaların payına düşür. Türkiyə ilə bağlı müraciətlərin 5 107-si müsbət qərar, 220-si barəsində isə imtina qərarı verilib. İmtina qərarlarının səbəbləri arasında "açık öğretim" təhsilalma forması üzrə 35.9%, ekvivalentliyi olmayan ixtisaslar üzrə 29.23%, fiziki olaraq xarici ali təhsil müəssisələrində normativ təhsil müddətindən az olanlar üzrə 15.38%, autentik olmayan təhsil sənədi təqdim edənlər üzrə 11.28%, distant təhsil üzrə 8.21% təşkil edib. "İmtina səbəblərinə nəzər saldıqda, bir çox ölkələrdə olduğu kimi Azərbaycan qanunvericiliyində də nəzərdə tutulmayan "açık öğretim" təhsilalma forması üzrə əldə olunan kvalifikasiyaların tanınmama faizinin kifayət qədər yüksək olması, eyni zamanda autentik olmayan kvalifikasiyaların tanınma üçün təqdim olunması əsas diqqət yetirilməli olan məqamlardır", - deyə məlumatda bildirilib.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










