Türkiyənin milli müdafiə nazirinin Azərbaycana səfəri başa çatıb - FOTO

Mayın 29-da Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Türkiyə Respublikasının Baş Qərargah rəisi və qüvvə komandanlarının da iştirak etdiyi səfər çərçivəsində nümayəndə heyəti bir neçə hərbi hissədə olub. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar silahlanmada olan hərbi texnika, eləcə də tədris sinifləri və digər hərbi obyektlərdə yaradılan şəraitlə tanış olublar. Hərbi qulluqçularla görüşən hər iki ölkənin hərbi rəhbərləri onlara gələcək xidmətlərində uğurlar arzulayıblar. Azərbaycanın müdafiə naziri qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salıb.
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD












