Universitetlərdə imtahanlar test formasında olacaq? – Tələbələri sevindirən açıqlama

Ali məktəblərə qəbul prosesinin test üsulu ilə, universitet imtahanlarının isə yazılı formada keçirilməsi bir çox tələbə və valideynlər arasında narazılığa səbəb olur. Əksəriyyət düşünür ki, artıq hər iki imtahan eyniləşdirilməsi, ya test, ya da ki, yazılı formaya keçid edilməlidir.
Bəs bu düşüncə tələbə və abituriyentlərə nə dərəcə faydalı ola bilər?
Avtosfer.az xəbər verir ki, Təhsil eksperti Ramin Nurəliyev bununla bağlı “Yeni Sabah”a danışıb. O, bildirib ki, test nümunələri imtahanın əsas özəlliklərindən biridir:
“Hesab edirəm ki, testlə tərtib olunan suallar olmadığı təqdirdə həmin imtahan o qədər də obyektiv olmaz. Yazılı imtahanların keçirilməsində ciddi nöqsan və problemlər müşahidə olunur. Çünki istər-istəməz yazılı imtahanın nəticələri insanlar tərəfindən yoxlanılıb qiymətləndirilir. Bəzi hallarda isə düzgün qiymətləndirmə həyata keçirilmir. Məsələn 5 ballıq suala 3 bal verilir. Burada artıq qiymətləndirən şəxsin fərdi insyitativi ön plana çıxır. Biz müşahidə etdik ki, Dövlət İmtahan Mərkəzinin qəbul imtahanında yazılı sualların qiymətləndirilməsi üzrə apellyasiyaya müraciət edən abituriyentlərin haqlı olduğu məqamlar da var. Daha sonra sualları səhv yoxlanılan şəxslərə həmin balları geri qaytarıldı. Belə olduğu təqdirdə əgər bütün test sualları yazılı olarsa, onun yoxlanılmasında ciddi problemlər baş qaldıracaqdır. Həmçinin, cavabların yoxlanılıb elan olunması da prosesi də uzanacaq”.
Ekspert qeyd edib ki, qəbul imtahanlarının yazılı olmasının qətiyyən tərəfdarı deyil:
“Universitetlərin də hamısında testlə imtahan götürülməsi tam olaraq məqsədəuyğun deyil. Çünki universitet və orta məktəb tamam başqa sistemlərdir. Uşaq abituriyent olduğu zaman 5 ya da 6 fəndən imtahan verir. Belə olduqda sadəcə test üsulu onun üçün daha uyğun seçimdir. Tələbə isə artıq abituriyent deyil və onun dərdi bir yerə qəbul olmaq deyil. Tələbə araşdırma aparmalı, müəyyən elmi tətqiqatlara üstünlük verməli, gələcək planlar üzərində durmalıdır ki, öz düşüncəsini ortaya qoyub müəyyən fikir yönəldə bilsin. Buna görə də mən universitetlərdə yazılı imtahanların keçirilməsinin daha çox dəstəkləyirəm”.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










