ÜST uşaqlara vaksin vurulmasını tövsiyə edirmi? - AÇIQLAMA

“ÜST yalnız sübutlar mövcud olduğu təqdirdə aşağı yaş qrupuna görə peyvəndləməni tövsiyə edəcək”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, 8 avqust tarixinə olan məlumata əsasən, “Pfizer” peyvəndi ilə bağlı sübutlar yalnız 12 yaşdan yuxarı uşaqlar üçün mövcuddur. Əlavə sübutları əldə etdikdən sonra bunu nəzərdən keçirəcəyik:
“Avropa Dərman Agentliyinin insanlara aid dərmanlar komitəsi (CHMP), Spikevax (əvvəlki adı Moderna) adlı COVID-19 peyvəndinin 12-17 yaş arası uşaqlar üçün istifadəsini tövsiyə edib. Qeyd edək ki, peyvəndin artıq 18 yaşdan yuxarı insanlarda istifadəsi üçün icazə verilib. Baxmayaraq ki, uşaqların COVID-19 infeksiyası/xəstəliyindən ağır xəstələnmə və ya xəstəxanaya yerləşdirilmə ehtimalı daha azdır, mövcud sübutlar yanaşı xəstəliyi olan uşaqların SARS COV2 infeksiyasından ağır xəstələnmə riskinin artdığını göstərir. Uşaqlarda peyvəndləmənin faydalarını və risklərini tam başa düşmək üçün SARS CoV-2 infeksiyasının qısa və uzunmüddətli təsirləri və uşaqlarda peyvəndlərin təhlükəsizlik profilinə dair daha çox sübuta ehtiyac var”.
Mənbə: Trend
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH











