Valideyni onu döydüyünə görə 200 manat cərimələnməsi uşağa necə təsir edəcək? – EKSPERT RƏYİ

Ötən gün Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu, eləcə də İnsan hüquqları komitələrinin birgə iclasında uşaqlara qarşı cismani cəza və zorakılığın qarşısının alınması ilə bağlı yeni təklif müzakirə olunub. Təklifə görə, valideynlər və uşaqlara nəzarət edən təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin, eləcə də penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı fiziki və ya psixoloji zorakılıq törədildiyi halda 200 manat cərimə tətbiq olunması nəzərdə tutulur.
Lakin müzakirəyə çıxan qanun layihəsindən sonra ictimaiyyəti narahat edən suallar ortaya çıxıb. Vətəndaşlar sosial şəbəkələrdə rəy yazaraq qeyd edir ki, insanların evinin içində baş verənlərdən kim xəbər tutacaq və ölümcül şiddət vəziyyətinə gətirilən uşaqlara necə nəzarət ediləcək? Digər tərəfdən valideynin cərimələnməsi mövzusu uşağın psixikasına necə təsir edəcək?
Mövzu ilə bağlı psixoloq Gülər Məmmədova Avtosfer.az-a açıqlamasında bildirib ki, tarixən mövcud olan fiziki şiddət heç vaxt cəmiyyət tərəfindən yaxşı qarşılanmayıb. Amma təəssüf ki, fiziki şiddətə məruz qalan bəzi insanlarda bu, artıq vərdişə çevrilir.

“Yəni, bəzi uşaqlar şiddətə o qədər məruz qalırlar ki, onlar yanlış nəsə edəndə, döyülmədikləri halda bu yanlışı təkrarlayacaqlarını düşünürlər. Amma əgər uşaqlara qarşı fiziki şiddətlə bağlı cərimə tətbiq edilərsə, şiddətə qalan uşaq artıq özü sübut və dəlillə şikayət edəcək ki, valideyni onu döyür.
Təsəvvür edin ki, o ailədə nə qədər distruksiv konfliktlər mövcuddur ki, fiziki şiddət artıq şikayət dərəcəsində çatıb. Övlad öz haqqını tələb edə bilmir, hüquqlarını qoruya bilmir və valideyn ya xəstədir, ya davranış pozuntusu var ki, uşağını mütəmadi fiziki şiddətə məruz qoyur. Belə olduğu təqdirdə uşaq canını qutaracağını düşündüyü üçün hüququnu, haqqını tələb edəcək. Bir qisim uşaqlar, əgər bu qanun qüvvəyə minərsə, onlar üçün adi hala çevriləcək və təbii ki, belə halın yaranması arzu olunmazdır.
Öncə arzuolunmaz hal valideynin uşağa şiddət tətbiq etməsidir. Necə ki, bir çox insanlarda bu var, ya bu pozuntudan yaranır, ya da özünün yaşadığı həyatı uşağına tətbiq edir. Hələ mən evin içindən danışıram, müəllimə gəlib çatmıram. Evin içində baş verən bu kimi şiddət halları uşaqlarda bir travma yarada bilir. Amma zaman-zamanda “valideynimdir” deyib barışanlar da olur, ayaqlaşanlar da olur, valideynini çox istəyib qəbullananlar da olur. Bir yaşdan sonra isə bunlar təkrarlanmır artıq. Müəyyən yadşan sonra şəxslər özləri etiraf edir ki, “döyülməsəm, bu gün bu vəziyyətə, bu statusa çatmazdım” deyir. Bu gün döyülməkləri ilə müəyyən bir uğur qazandıqlarını söyləyənlər var. Amma onu da qeyd edeyim ki, uşaqlara bu problem yarada bilərmi? Bunu belə ifadə edə bilərik: Ailə bir sistemdir, uşaqlar əgər davamlı şiddətə məruz qalırsa, öz hüquqlarını müdafiə etmək üçün şikayətə baş vura bilər. Amma 200 manat cərimə hər kəsin psixikasında da oturuşan bir metod deyil. Çünki bəzən insanlar əsəbiləşəndə affect halında olur, nə cərməyə, nə qayda-qanuna tabe olur və o çərçivədən çıxırŞ gözü heç nəyi görmür. Təəssüf ki, belə insanlar var, olub, olacaq. Bu qaydanın müəllimlərə də tətbiq edilməsi olduqca yerində qərardır. Heç bir müəllimin ixtiyarı yoxdur ki, təlim-tərbiyə etdiyi şagirdinə əl qaldırsın, çünki müəllimlərin özünün psixologiyasında, yəni aldıqları təhsildə də belə qeyd olunub ki, sənin vəzifən uşağı tərbiyə etmək, ona elm, bilik, bacarıq və vərdişləri aşılamaqdır. Amma bunu döyərək deyil, təbii ki, daha sağlam şəkildə, daha müdrikcəsinə. Çünki məllim adı sənə məhz buna görə verilmişdir. Məllim öyrədəndir, döyən deyil”.
Sosioloq Elçin Bayramlı müsahibəsi zamanı müzakirəyə çıxarılan layihəni dəstəklədiyini bildirib:

“Bu qərarı dəstəkləyirəm. Uzun illərdir mən də bunu təklif eləyirdim. Çünki bəzi valideynlərin çox ciddi psixi problemi var və belələri uşaqlara qarşı çox amansız davranır. Fiziki cəhətdən ağır zərbələr endirirlər. Artıq həmin uşağın tamamilə daha da aqressivləşməsinə, onu da insanlara qarşı kin-küdurət, qəzəb hissi formalaşmasına səbəb olur və son nəticədə gələcəkdə həmin uşaq ciddi bir caniyə çevrilə bilər. Psixolojiyası korlanmış bir formaya düşür və bu tərbiyyə metodu ilə heç bir müsbət effekt vermir. Burada məsələ odur ki, tərbiyyənin müxtəlif növləri var. Burada yalnız döyməyə, fiziki zərbə vurmağa görə cəza nəzərdə tutulub. Amma valideynlər uşaqlarını cəzalandırmalıdır, tənbeh etməlidir. Başqa formalarda, sivil formada, müxtəlif, saysız-hesabsız variantlar var. Yalnız döymək, fiziki zədə yetirmək, bunlar olmaz və buna görə ciddi cərimələr olmalıdır. Çünki, dediyim kimi, bir çox şüursuz, düşüncəsiz valideynlər var. Eləcə də psixi xəstə olan valideynlər var. Valideyn var ki, psixi xəstədəri, gedib psixi-əsəb dispanserində qeydiyyatdan keçmir. O, artıq cəmiyyətə qorxunc bir varlıq böyüdür, uşağı davamlı döyməklə, onda insanlara nifrət yaranır. Gələcəkdə də kriminal ünsürlərin bir çoxu belə uşaqlar arasından çıxır. Ona görə də bu kimi məsələlərə diqqət yetirilməlidir. Uşaqlar sağlam böyüdülməlidir. Döyülmədən, fiziki zədələr vurulmadan səhvləri izah olunmalıdır. Müəyyən tənbeh metodları var, məhdudiyyətlər, qadağalar formasında metodlar var və bu, mütləq olmalıdır. Həm evdə, həm də məktəbdə. Yəni, uşağa heç bir halda özbaşınalıq vermək olmaz.
Biz əgər sağlam cəmiyyət formalaşdırmaq istəyiriksə, uşaqlarımıza da uşaq vaxtında normal tərbiyə verməliyik ki, heç onun vurulmasına, döyülməsinə də ehtiyac qalmasın. Bunu həm məlimlər verməlidir, həm valideynlər, həm də ətraf, yəni qonşular, qohumlar. Bu, belə olmasa, biz sağlam uşaqlar tərbiyə edə bilməyəcəyik”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Səfər Əlizadə
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı










