Velosiped zolaqları ləğv oluna bilərmi? - AYNA-dan AÇIQLAMA

Mikromobillik zolaqları yetərincə istifadə olunur və ümumi yol infrastrukturunun ayrılmaz hissəsidir. Statistikaya əsasən, bu tip zolaqlar salındıqca insanların mikromobillik vasitələrinə olan marağı da artır.
Avtosfer.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov qeyd edib.
“İnsanlar bu zolaqlarda özlərini daha təhlükəsiz hiss edir və mənzil başına zamanında çata biləcəkləri üçün bu tip nəqliyyat vasitələrindən daha çox istifadə etməyə üstünlük verirlər. 2024-cü illə müqayisədə ümumi istifadə aylar üzrə 80%-ə yaxın artıb. Bu zolaqlarda mikromobillik vasitələri tıxacda qalmadığından və ümumi yolun çox cüzi bir hissəsini tutduğudan zolaqlar boş görünə bilir”, - o bildirib.
Mətbuat katibinin sözlərinə görə, Bakı şəhərində mikromobillik infrastrukturu qurulmağa başlayandan bugünədək bu nəqliyyat növlərinə 4 milyon 500 min dəfədən çox sifariş olub:
“Bu müddətdə mikromobillik vasitələri ilə 13 milyon km məsafə qət edilib. Bu rəqəm yalnız kirayə xidmətindən istifadə edənlərə aiddir və nəzərə alsaq ki, şəxsi velosiped və skuterlərindən istifadə edənlər də var, demək, rəqəmlər daha yüksəkdir. Bakı şəhərində mikromobillik vasitələri üçün infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir. Məqsəd şəhər ərazisində nəqliyyatın çeşidlənməsi, alternativ nəqliyyat növləri üçün infrastrukturun qurularaq insanlara xüsusilə yaxın məsafələrə səfərlər zamanı bu növ nəqliyyat vasitələrindən istifadəyə şərait yaradılmasıdır”.
T.Orucov vurğulayıb ki, bu zolaqlar salındıqda avtomobillər üçün ayrılmış zolaqların sayı və yolun buraxılıcılıq qabiliyyəti azaldılmır.
Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Hikmət Babaoğlu yeni velosiped zolaqlarının salınması ilə yolların daraldığını və bu zolaqların mütəmadi istifadə olunmadığını iddia etmişdi.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












