Vətən müharibəsi şəhidinin ad günü məzarı başında qeyd edilib - FOTO

İkinci Qarabağ müharibəsi şəhidi Vüsal Allahverdiyevin ad günü qeyd edilib.
APA-nın məlumatına görə, Vüsal Allahverdiyevin ad günü onun Sumqayıt Şəhidlər Xiyabanındakı məzarı başında yaxınlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə qeyd olunub.
Əvvəlcə şəhidin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.
Anım tədbirində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan danışılıb, həyatları bahasına torpaqlarımızı işğalçılardan azad etdiyi vurğulanıb.
Tədbirdə şəhid Vüsal Allahverdiyevin göstərdiyi qəhrəmanlıqdan söz açılıb, keçdiyi həyat yoluna nəzər salınıb.
Şəhidin təhsil aldığı məktəbin şagirdləri şəhidlərə həsr edilmiş şeirlər söyləyiblər.
Çıxış edənlər vətən uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsinin daim uca tutulacağını, tarix yazan qəhrəman şəhidlərin and yerinə, ziyarət məkanına çevriləcəyini bildiriblər.
Qeyd edək ki, Vüsal Tahir oğlu Allahverdiyev 2020-ci il oktyabrın 1-dən könüllü olaraq Vətən müharibəsinə qoşulub. Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda döyüşlərdə vuruşub. 30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Vüsal Allahverdiyev ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı


















