Vətən Müharibəsi qazisinin pulunu və medalını oğurlayan şəxs saxlanıldı - VİDEO - FOTO

Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin “102" Xidməti Zəng Mərkəzinə məlumat verərək yaşadığı evdən 3750 manat, nişan üzüyü və 1 ədəd Vətən Müharibəsində iştirak etdiyi üçün ona dövlət tərəfindən verilən “Xocavəndin azad olunmasına görə” medalının oğurlandığını bildirib. Məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər dəfələrlə məhkum olunmuş Rəşad Əliyev saxlanılıb. Onun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oğurladığı pul vəsaitləri və digər əşyalar aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb və sahibinə qaytarılıb. Rəşad Əliyev ifadəsində etdiyi hadisəni etiraf edib.
Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
















