Vətən müharibəsindən indiyədək 377 nəfər minaların qurbanı olub

Vətən müharibəsi bitdiyi gündən indiyə qədər partlayışları nəticəsində 69 nəfər həlak olub, 377 nəfər isə minanın qurbanı olub.
Bu sözləri "Report"a Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, bu gün Minalardan və Partlamamış Hərbi Sursatlardan Təmizləmə üzrə İşçi qrupunun səyyar iclası Laçın şəhərində baş tutacaq:
"Laçına gedərkən əməliyyat sahələrinə baş çəkdik. Hazırda Cəbrayıl rayonun Sarıcallı kəndi ərazisində aparılan təmizləmə əməliyyatları ilə tanışlıq oluruq. Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən işçi qrupu mütəmadi olaraq belə səyyar toplantılar keçirir".
Sədr bildirib ki, indiyə qədər 156 min hektara yaxın ərazi təmizlənib, bu ərazilərdən 151 mindən yuxarı mina və partlamamış hərbi sursat aşkar olunub.
"Təəssüf ki, mina qurbanlarının sayı artır. Dinamika aşağı düşsə də, yenə hadisələr baş verir. Müharibə bitdiyi gündən indiyə qədər bu partlayışlar nəticəsində 69 nəfər həlak olub, 377 nəfər minanın qurbanı olub," - o bildirib.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












