Veteran futbolçumuzu maşın vurub öldürdü - FOTO
Gündəm
1 İyun 2021 15:53

Bu gün günorta saatlarında “Neftçi” klubunun veteran futbolçusu Səmədağa Şıxlarovu avtomobil vurub. Bununla bağlı oxu.az-a Futbol Veteranları İttifaqının sədri Oktay Abdullayev məlumat verib. Onun sözlərinə görə, S.Şıxlarov hadisə yerində keçinib: “Səmədağa Şıxlarov Həndbol Federasiyasından qayıdanda yolu keçən zaman onu “Chevrolet” markalı avtomobil vurub. Hadisə Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində saat 14:00 radələrində baş verib. Hadisəni törədən şəxs qəza yerindən qaçmayıb”.
Qeyd edək ki, Səmədağa Şıxlarov 1955-ci il sentyabrın 5-də Salyan rayonunun Xıllı kəndində anadan olub. Vaxtilə “Neftçi” və “Dinamo” (Tbilisi) kimi komandaların şərəfini qoruyub. 2004-cü ildə məşqçi qismində futbola qayıdıb. Ağasəlim Mircavadovun dəvəti ilə “Neftçi-2” də məşçi işləyib. 2005-ci ildə həvəskarlar liqasında çıxış edən Şirvan şəhərinin “Şirvan” komandasında baş məşqçi olub və komanda ilə çempionluq və kubok qazanıb. 2006-cı ildə Azərbaycan Premyer Liqasıda çıxış edən Bakının “Olimpik” komandasına hücumçularla məşqçi qismində dəvət ediblər. 2008-ci ildə məşqçi-seleksioner qismində “Neftçi”yə dəvət olunub. İki aydan sonra isə öz xahişi ilə klubu tərk edib və AZAL komandasına keçib. O orda köməkçi-məşqçi işləyib.
Oxunub : 1426
DİGƏR XƏBƏRLƏR
27 Noyabr 2026 19:30
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
27 Noyabr 2026 17:00
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
27 Noyabr 2026 16:30
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
27 Noyabr 2026 16:11
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ
27 Noyabr 2026 15:41
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
27 Noyabr 2026 15:11
Qəza törədən sürücü hansı halda cinayət məsuliyyətindən azad edilə bilər? - HÜQUQŞÜNAS
27 Noyabr 2026 10:00
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
27 Noyabr 2026 08:30
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
26 Noyabr 2026 21:00
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
26 Noyabr 2026 18:35
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
26 Noyabr 2026 17:16
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
26 Noyabr 2026 10:00
Bəlkə kəmərə də bal tətbiq edilsin?
ŞƏRH YAZ











