«Vinçester»dən «Lexus»a atəş açıb qan tökdülər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Avtosfer.az-ın "qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə hazırlıq iclası olub. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Z.Tərlanovun vəkili Mehman Əliyev vəsatət verərək müdafiə etdiyi şəxsin xəstə olduğunu və buna görə məhkəməyə xüsusi maşınla gətirilməsini istəyib. Vəsatət təmin edilib. Vəkil ikinci vəsatətində təqsirləndirilən şəxsə məhkəmədə sui-qəsd ehtimalının olduğunu bildirib. Məhkəmə yerində müzakirə edərək qərar qəbul edib. Qərarə əsasən məhkəmə zalına gələn şəxslər xüsusi aparatla yoxlanılacaq, telefon və digər aparatlarla məhkəmə zalına buraxılmayacaq. Bundan başqa müdafiəçi cinayət işinin istintaqa qaytarılmasını istəyib. Məhkəmədə fasilə elan edilib.
Qeyd edək ki, hadisə bu il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları qəsdən öldürüb və hadisə yerindən qaçıb. Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2. 4ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.
Tbilisi prospektində avtobuslar artıq hərəkəti dayandırmayacaq - “cib” zolaqları işə düşdü
F.S. görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO
Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ
İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzalanacaq – AÇIQLAMA










