Volqa-Xəzər kanalında yükboşaltma kanalı tikiləcək

Rusiyanın “Rosmorport” dövlət müəssisəsi “Rosmorreçflot”un dəstəyi ilə Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının ən çətin hissəsini – “Böyük döngə”ni 2027-ci ilin sonuna qədər yenidən quracaq. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Rosmorport”un tikinti üzrə baş direktorunun müavini Vladimir Abornev Həştərxanda Dəniz Fəaliyyəti Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, həmin hissədə “uzunburunlu” gəmilərin keçməsi üçün yükboşaltma kanalı tikiləcək:
“Volqa-Xəzər kanalının ən çətin yeri 150-152-ci kilometrindəki “Böyük döngə” adlanan hissədir. Buranı yenidən quracaq və yükboşaltma kanalına çevirəcəyik. Bu, “uzunburunlu” gəmilərin keçməsini asanlaşdıracaq. Biz qoruyucu qurğuların tikintisini də davam etdirəcəyik: daha 5 kilometr uzunluğunda bir hissə yaratmağı planlaşdırırıq. Layihə sənədlərinin hazırlanmasını nəzərə alaraq, biz bu işləri 2027-ci ildə başa çatdırmağı gözləyirik”.
Qeyd edək ki, Volqa-Xəzər dəniz gəmiçiliyi kanalı Volqa çayının deltalarından birinin qolu olan Baxtemir çayının dərinsulu hissələrindən birini və Xəzər dənizinin dərinsulu hissəsi ilə Volqa deltasının azsulu hissəsini birləşdirir. Kanal hər il dərinləşdirilir və bu da Xəzər dənizi üzərindən daşıma qabiliyyəti daha böyük olan müasir gəmilərdən istifadə etməyə imkan verib. Nəticədə 2023-cü ildə dəniz limanlarının yük dövriyyəsi 4,5 milyon ton olub və 2022-ci ilin göstəriciləri ilə müqayisədə yükdaşımaların həcmi 51 % artıb. 2024-cü ilin 6 ayı ərzində Olya və Həştərxan dəniz limanlarının yükdaşıma dövriyyəsi 2,8 milyon ton təşkil edib və bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 50 % çoxdur.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












