Vyanada Orta Dəhlizin intermodal yükdaşımaların asanlaşdırılmasında rolu müzakirə olunub

Avstriyanın paytaxtı Vyanada Avstriya-Azərbaycan hökumətlərarası komissiyanın iclası çərçivəsində təşkil edilmiş biznes forumda Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) artan əhəmiyyəti müzakirə edilib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları"QSC-nin törəmə müəssisəsi olan "ADY Ekpress" MMC-nin Baş əməliyyat inzibatçısı Rəşad Məcidov "LinkedIn"də yazıb.
Avropa və Cənub-Şərqi Asiya ölkələri arasında intermodal yükdaşımaların asanlaşdırılmasında Orta Dəhlizin rolu müzakirə edilib. ADY və Avstriya Dəmir Yolları rəhbərliyi arasında son dövrlərdə keçirilən çoxsaylı görüşlər nəticəsində yaranmış ikitərəfli tərəfdaşlıq əlaqələrinin dəhlizin ümumilikdə inkişafına verdiyi müsbət dinamikanı forum iştirakçılarının diqqətinə çatdırıb.
"Biznes forumda Azərbaycanda dəmir yolları sahəsində həyata keçirilən infrastruktur layihələri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçən seqmentlərinin gücləndirilməsi və ötürücülük imkanlarının bu dəhlizlərlə sinxronlaşdırılması istiqamətində görülən işlər barədə Avstriyanın dövlət qurumlarının və biznes ictimaiyyətinin nümayəndələrinə məlumat verilib", - "ADY Ekpress" bildirir.
Qeyd edək ki, TBNM Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Çindən Avropaya qədər uzanan beynəlxalq marşrutdur. O, xüsusən qlobal geosiyasi dəyişikliklər və logistika zəncirlərinin yenidən istiqamətləndirilməsi kontekstində ənənəvi nəqliyyat marşrutlarına alternativ kimi nəzərdən keçirilir.
2024-cü ildə TBNM üzrə yük daşımaları həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə bu göstəricinin 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrut iştirakçısı olan ölkələr xətti ilə keçəcək. Bu həcmdən 2,5 milyon ton quru yüklər (96 min TEU ekvivalenti), 1,7 milyon ton isə neft təşkil edəcək.
Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün dayanıqlı zəmin yaradacaq.
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












