WhatsApp-da bu elanlara inananlar pullarını itirir — XƏBƏRDARLIQ

Son günlər sosial mediada “WhatsApp” və digər hesabların pul müqabilində ələ keçirilə biləcəyi ilə bağlı yayılan elanlar ictimai narahatlıq doğurur. Bu cür iddialar kiberdələduzluq risklərinin real olduğunu yenidən gündəmə gətirir.
Avtosfer.az xəbər verir ki, informasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Miralıyev Demokrat.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə təqdim olunan “WhatsApp” yazışmalarını oxumaq” kimi xidmətlər dələduzların uydurduğu bir sxemdir:
“”WhatsApp” təhlükəsizlik baxımından elə bir sistem deyil ki, hər hansı Instagram səhifəsində təklif olunan xidmətlər vasitəsilə yazışmalar sındırılsın və başqa şəxslərə təqdim edilsin. Bu səbəbdən vətəndaşlara belə elanları nəzərə almamaq, mümkün olduqda isə şikayət etmək tövsiyə olunur. Nəzəri olaraq mesajlaşmaları izləməyin yeganə yolu hədəf seçilmiş şəxsin telefonuna casus proqramın quraşdırılmasıdır. Bu halda təkcə “WhatsApp” deyil, ümumilikdə mobil cihaz kənar şəxslərin nəzarətinə keçə bilər. Lakin bu proses olduqca çətindir və praktiki baxımdan belə “xidmətlərin sifarişi” real görünmür”.
Ekspert bildirib ki, “WhatsApp” hesabının qeydiyyatı və təkrar aktivləşdirilməsi zamanı birdəfəlik OTP kod istifadə olunur və bu kod SMS, tətbiq daxili mesaj və ya zəng vasitəsilə göndərilir.
“Bu kod olmadan hesabın aktivləşdirilməsi mümkün deyil. OTP kod üçüncü şəxslərin əlinə keçərsə, hesab başqa cihazda aktivləşdirilə bilər. Buna görə dələduzlar bəzən bank və ya hüquq-mühafizə orqanı adından zəng edərək bu kodu tələb edirlər. Heç bir halda bu məlumat paylaşılmamalıdır. Hesabların təhlükəsizliyini artırmaq üçün iki mərhələli doğrulamanın aktivləşdirilməsi tövsiyə olunur” – o qeyd edib.
Qeyd edək ki, vətəndaşlara şübhəli elanlarla qarşılaşdıqları halda aidiyyəti qurumlara müraciət etmək və şəxsi məlumatların qorunmasına xüsusi diqqət yetirmək tövsiyə edilir.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












