Xarici narkotacirlərin Azərbaycanda əməkdaşlığa cəlb etdiyi şəxs saxlanılıb - VİDEO - FOTO

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, yəni satışının təşkil edilməsi ilə məşğul olan daha bir şəxsin ifşa edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri əməliyyat zamanı paytaxt sakini Oqtay Cəfərov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb.
Onun Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşadığı evə baxış keçirilən zaman 7 kiloqram 559 qram narkotik vasitə olan heroin, 2 kiloqram 205 qram psixotrop maddə metamfetamin, həmçinin 110 ədəd güclü təsiredici preqabalin, 170 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar edilib. Oqtay Cəfərovun ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, o xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə sıx əlaqələr yaradaraq narkokuryerliyə cəlb edilib. Daha sonra saxlanılan şəxs narkotik vasitələri Cəlilabad rayonu ərazisində qəbul edib. Onun əsas məqsədi əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələri hissə-hissə Bakı şəhərində müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək olub.
Sonuncu əməliyyat zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 10 kiloqrama yaxın “kola” və “kakos” adlanan narkotik vasitə heroin, “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, eləcə də 280 ədəd metadon və preqabalin həbi qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) və 240.3.2 (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə) müvafiq maddələri ilə cinayət işi başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Oqtay Cəfərov barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan təsdbiri seçilib.



“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












