Xəstəxanalarda qorxunc vəziyyət: Sağ olan xəstələrdən orqanların çıxarılması halları artıb

ABŞ-də donor olmağa razılıq vermiş sağ xəstələrdən orqanların çıxarılması hallarının sayı artıb. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə "The New York Times" (NYT) məlumat verib. Nəşrin müəlliflərinin qeyd etdiyi kimi, xəstələr orqanların vaxtından əvvəl və ya uğursuz şəkildə çıxarılmasına cəhd halları ilə üzləşirlər. Qohumların razılığı olduğu təqdirdə, həkimlər xəstəni həyati dəstək sistemlərindən ayırırlar və ürəyin bir-iki saat ərzində dayanmasını gözləyirlər, bundan sonra orqanları çıxarmağa başlayırlar. Ancaq bəzi xəstələr əməliyyat otağında olduqları zaman həyat əlamətləri göstərməyə başlayırlar. "Bu cür hadisələr transplantasiya sisteminin qan dövranı dayandıqdan sonra orqanın donor kimi çıxarılması növünə getdikcə daha çox müraciət etdiyi bir zamanda ortaya çıxır. Keçən il bu cür hadisələrin payına bütün donor orqanların üçdəbiri düşüb ki, bu da təxminən 20 000 hal təşkil edir və beş il əvvəlkindən üç dəfə çoxdur", - deyə nəşr yazıb.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












