Xəzər Dəniz Gəmiçiliyi sahibkarlara güzəştli tarif təklif edir

Azərbaycanın Aktauda şəhərində inşa etdiyi logistika mərkəzinə yükdaşımalar həyata keçirmək istəyən sahibkarlara 6-12 ay ərzində aşağı tariflər təklif edilə bilər. Bunu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev söyləyib. Onun sözlərinə görə QSC hal-hazırda bərə daşımaları tariflərinin optimallaşdırılması üzərində işləyir, yüklərin müasir və təhlükəsiz şəkildə çatdırılmasına çalışır. QSC-nin gəlirləri haqda məlumat verən R.Vəliyev bildirib ki, gəlirlər 60 faiz neft-qaz layihələri və 40 faiz bərə daşımaları hesabına formalaşır. Həmçinin QSC sədri R.Vəliyev gəmiçiliyin balansında 288 gəminin və 13 bərənin olduğunu bildirib. "Bu bərələrdən 7-si sovet dövründə, 6 bərə isə müstəqillik dövründə inşa olunub",- deyən gəmiçiliyin rəhbəri onlardan ikisinin son iki ildə inşa olunmuş müasir bərə olduğunu söyləyib. Rauf Vəliyev Azərbaycan sahibkarlarını bərə yük daşımaları zamanı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xidmətlərindən fəal istifadə etməyə dəvət edib.
Xatırladaq ki, "Azərsun Holdinq" MMC tərəfindən Qazaxıstanın Aktau şəhərində inşa edilən ümumi sahəsi 4,2 hektar olan logistika mərkəzi 4365 kvadratmetr quru, 4365 kvadratmetr soyuq anbarlardan və digər infrastrukturdan ibarətdir. Kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edəcək logistik mərkəz bu ilin dekabrında fəaliyyətə başlayacaq. Mərkəz sahibkarlara, xüsusilə də ixracatçılara bir sıra imkanlar və imtiyazlar təqdim edəcək.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












