Xəzərdə ehtiyatsızlıq, yoxsa təxribat? - FOTO

“Xəzər dənizində baş verən faciədə terror və təxribatın olma ehtimalı sıfıra bərabərdir. Amma hər şeyi küləyin üzərinə atmaq lazım deyil. Burada təhlükəsizlik qaydaları pozulub”. Bu sözləri anspress-ə açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilarınınrəhbəri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib. Onun sözlərinə görə, qasırğa və güclü qar olduğu vaxt fövqəladə hallara hazırlıq barədə bütün idarələrə telefonaqramma göndərilir. “Mən belə bir xəbərdarlığın edilmədiyinə inanmıram. Amma həmin platformada qasırğaya hazır olublarmı? Ümumiyyətlə, platformalarda təhlükəli vəziyyətlərdə dənizə düşən zaman qorunmaq üçün təhlükəsizlik jiletləri olub. İşçilər təhlükəsizlik jiletlərini geyiniblərmi? Bu sualların hər biri araşdırılmalıdır”, deyə M.Qəhəmanlı bildirib.

Mirvari Qəhrəmanlı - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilarının rəhbəri, hüquq müdafiəçisi
Hüquq müdafiəçisi bildirib ki, Sovet dövründə platformalar və əlahiddə özüllər ətrafında keşikçi gəmilər növbə tuturdular:
“Hazırda BP şirkətinin də belə gəmiləri var. Amma bizdə balaca yük daşıyan gəmilərdir. Bizdə Dövlət Neft Şirkətinin tərkibindən donanma çıxarılıb. Bu səbəbdən Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "British Petroleum" un (BP) gəmilərindən istifadə etməli olur. Mənim aldığım məlumatlar əsasında ümumiləşdirdiyim rəy belədir ki, qəzaya hazırlıqda və insaların təxliyə olunmasında məsuliyyətsizlik olub”.
İşçilərin olduğu qayıq
Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib.
Baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Faciənin baş verdiyi platforma
Rəsmi məlumata görə, hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Ötən gün başlayan axtarış-xilasetmə əməliyyatları bu gün səhərdən dalğıcların cəlb olunması ilə davam etdirilir.

Faciənin baş verdiyi platforma
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?










