"Xilasedici gəmilərdə dəyişiklik edilməlidir" - Xoşbəxt Yusifzadə

Xilasedici gəmilərdə bir dəyişiklik edilməlidir. Avtosfer.az xəbər verir ki, bu bardə anspress-ə müsahibəsində SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib. Onun sözlərinə görə, layihələndirilmiş estakadalar bu hüdürlüyə, yəni 13 metrəyə qədər hesablanmamışdı. "Ondan sonra biz bu günə qədər nə iş görürüksə, 13 metrəni nəzərə alıraq estakadanı o hüdürlüyə qədər qaldırırıq. O vaxtdan etibarən bizdə belə bir hadisə olmayıb. İndi burda biz nəyin şahidi olduq. Külək 27 saat davam etdi. Məhz küləyin uzun bir müddət davam etməsi nəticəsində dalğanın hüdürlüyünün qalxdı. Nəticədə dalğanın hüdürlüyü 8-10 metrə çatdı. Bundan sonra biz fikirləşib bundan nəticə çıxarmalıyıq. Belə bir hadisənin bir daha baş verməməsi üçün layihələndirmə zamanı bu hal nəzərə alınsın. Bundan başqa . Çünki, onlar xilasedici gəmidə bu küləkdə, bu dalğada suya düşsəydilər belə üzə bilməyəcəkdirlər", - Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, platformada 63 nəfərin olmasına səbəb var. "Biz orada əlavə olaraq daha 4 quyu qazımaq istəyirik. Ona görə orada həm tikinti işlərini aparanlar, həm də qazmaçılar vardı. Buna görə də onların sayı 63 -ə çıxmışdı. Əgər orada həm qazmaçılar, həm də tikintini həyata keçirənlər olamasa idi əlbəttə bu qədər adam olmayacaqdır", - Xoşbəxt Yusifzadə bildirib.
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?










